Ərzaqlar bahalaşır: Səbəb?

Ərzaqlar bahalaşır: Səbəb?

"Novoye Vremya" qəzetində "Ərzağın qiyməti rekord vurur" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, ölkədə ərzaq malları durmadan bahalanır. Orta statistik gəlirə malik vətəndaş hər dəfə ərzaq dalınca mağazaya gedəndə, "stressə dayanıqlıq" imtahanından keçir.
 
Yazıda qeyd edilir ki, əvvəllər bazarda piştaxtaların, mağazalarda kassanın önündə növbə olardı. İndi belə növbələr gözə dəymir. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən irəli gəlir.
 
İqtisadçı ekspert Vüqar Bayramov qəzetə deyib: "Son bir ayda manatın məzənnəsi sabit qalıb, bəzi meyvələrin ölkəyə idxalı əlavə dəyər vergisinə cəlb edilmir. Odur ki, qiymət bahalaşmamalı idi. Yağ, qaymaq, kəsmik artıq çoxlarının cibinə uyğun deyil. Digər tərəfdən qiymətlər bahalaşıb, əhalinin xərcləri çoxalıb, amma gəlirlər əvvəlki kimi manat ekvivalentində qalıb. Odur ki, vətəndaşın bu gün özünə meyvə almağa belə imkanı yoxdur".
 
Müəllifə görə, problem bununla bitmir. Devalvasiya iş yerlərinin ixtisar olmasına, əmək haqlarının gecikməsinə səbəb olub: "Təbii ki, bütün bunlar əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsinə, ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb".
 
Yazıda vurğulanır ki, hökumət ixracyönümlü məhsullar istehsalı vəd etsə də, əksinə, yerli məhsulların xarici xammaldan hazırlandığı üzə çıxıb: "Nəticə belədir, əhalidə pul getdikcə azalır, yemək isə həmişə lazımdır...". /

Google+ WhatsApp ok.ru