Şəri-dini suallara cavablar - SUAL 27

Şəri-dini suallara cavablar - SUAL 27

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

DƏSTƏMAZIN HÖKMLƏRİ

SUAL 27: Əgər dəstəmaz aldıqdan sonra dəstəmaz əməllərindən birini yerinə yetirmədiyimizi yəqin bilsək, vəzifəmiz nədir?

CAVAB: Bütün mərcəi-təqlidlər: Əgər dəstəmazın əməllərindəki ardıcıllıq pozulmayıbsa, unudulmuş və ondan sonrakı yer (üzv) yuyulmalı və yaxud məsh çəkilməlidir. Əgər ardıcıllıq pozulubsa, yenidən dəstəmaz alınmalıdır.

(“Əl-urvətul-vusqa”, 1-ci cild, “Dəstəmazın şərtləri” bölümü, məsələ 45.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

Google+ WhatsApp ok.ru