​Avropada yeni 50 avroluq əskinaslar dövriyyəyə buraxıldı

​Avropada yeni 50 avroluq əskinaslar dövriyyəyə buraxıldı

Avropa Mərkəzi Bankı (AMB) bu gün yeni 50 avroluq əskinasları dövriyyəyə buraxıb.
 
Maide.info xəbər verir ki, yeni əskinaslar daha parlaq və saxtalaşdırmaya qarşı daha keyfiyyətli qorunma xüsusiyyətlərinə malikdir.
 
Əskinasın üzərində xüsusi "pəncərə" var ki, baxış zamanı içində qədim yunan əsatirlərinin qəhrəmanı olan Avropanın portreti görünür.
 
İlkin olaraq yeni və köhnə əskinaslar paralel tədavüldə olacaq, daha sonra isə köhnə əskinaslar tədavüldən çıxarılacaq.
 
Yeni əskinas Avropanın 19 ölkəsinə göndərilib. 
 

 

Google+ WhatsApp ok.ru