Şəri-dini suallara cavablar - SUAL 29

Şəri-dini suallara cavablar - SUAL 29

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

 

DƏSTƏMAZIN HÖKMLƏRİ

SUAL 29: Dəstəmaz və qüsl zamanı çox şəkk edirəm. Vəzifəm nədir?

Ayətullah Təbrizi və Ayətullah Vəhid Xorasani: “Əgər şəkkiniz vasvasılıq həddinə çatıbsa, şəkkinizə etina etməyin (və əməllərinizi adi insanlar kimi yerinə yetirin.)

(“Tozihul-məsail”, Ayətullah Təbrizi, məsələ 299; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 305.)

Digər mərcəi-təqlidlər: Şəkkinizə etina etməyin (və əməllərinizi adi insanlar kimi yerinə yetirin.)

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 299; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 300.)

 

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

Google+ WhatsApp ok.ru