“Twitter” Donald Trampı məhkəməyə verir

“Twitter” Donald Trampı məhkəməyə verir

ABŞ hökumətinin Tramp əleyhdarı olan hesabların kimlik bilgilərini tələb etdiyini və bu məsələdə “Twitter”ə təzyiq göstərdityini  açıqlayan “Twitter” məsələni məhkəməyə aparır.
 
“Twitter”dən çox istifadə edən ABŞ prezidenti Trampın atdığı “tweet”lərə gələn müxalif reaksiyalardan narahat olan Tramp gözlənilməz bir addım atıb.
 
O, ABŞ təhlükəsizlik qurumları vasitəsilə “Twitter”dən müəyyən şəxslərin hesab məlumatlarını istəyib. “Twitter” rəsmiləri ABŞ konstitusiyasına görə ifadə azadlığı çərçivəsində yazan şəxslərin kimlik məlumatlarını gizli tutma haqqına sahib olduqlarını xatırladıb.
 
Konstitusiyaya qarşı gələrək, bu şəxslərin gizli məlumatlarını təhlükəsizlik təşkilatlarına təslim etməyin cinayət olduğunu xatırladan “Twitter”, artıq özünü qorumaq üçün məhkəmədən alacağı qərarı sipər olaraq istifadə edəcək. (azadliq.info) /

Google+ WhatsApp ok.ru