“İranAir” ilə ATR arasında təyyarələrin alınmasına dair müqavilə imzalanıb

“İranAir” ilə ATR arasında təyyarələrin alınmasına dair müqavilə imzalanıb

Tehranda “İranAir” aviaşirkəti ilə ATR (Fransa-İtaliya) şirkəti arasında 20 təyyarənin alınmasına dair müqavilə imzalanıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, alınacaq təyyarələr 70 nəfərlikdir.
 
1500-1600 kilometr məsafəyə uçan təyyarələr 2018-ci ilin sonunadək İrana təhvil veriləcək. Müqavilədə qeyd olunub ki, tərəflər razı olsa, əlavə 20 təyyarə sifariş edilə bilər.
 
Gələn ay ilk 4 təyyarə artıq İranın ixtiyarında olacaq.
 
Tərəflər həmçinin İranda ATR təyyarələrinin texniki avadanlığı və proqram təminatının istehsalı ilə bağlı razılıq əldə edib.
 
Qeyd edək ki, İranla təyyarə istehsalçıları arasında imzalanmış müqavilələrə əsasən “İranAir” aviaşirkətinə 200 təyyarə (100 ədəd “Airbus”, 80 ədəd “Boeing” və 20 ATR) satılacaq. /
 
 

Google+ WhatsApp ok.ru