Şəri-dini suallara cavablar - SUAL 30

Şəri-dini suallara cavablar - SUAL 30

Ayağa çəkilən məshin uzunluğu nə qədər olmalıdır?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
 
DƏSTƏMAZIN HÖKMLƏRİ

SUAL 30: Ayağa çəkilən məshin uzunluğu nə qədər olmalıdır?

CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Vəhid Xorasani: “Ayağa, ayaq barmaqların birinin ucundan ayağın dik hissəsinə qədər məsh çəkmək lazımdır. Ayağın oynağına qədər məsh çəkmək müstəhəb ehtiyatdır.”

(“Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 253; “Tozihul-məsail”, Ayətullah Vəhid, məsələ 258; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 252.)

Ayətullah Cavad Təbrizi və Ayətullah Safi: “Ayağa, ayaq barmaqların birinin ucundan ayağın dik hissəsinə qədər məsh çəkmək lazımdır. Vacib ehtiyata əsasən, ayağın oynağına qədər məsh çəkilsin.”

(“Tozihul-məsail”, həmin mərcəi-təqlidlər, məsələ 252.)

Ayətullah Xamenei və Ayətullah Sistani: “Ayağa, ayaq barmaqların birinin ucundan ayağın oynağına qədər məsh çəkmək lazımdır.”

(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 111; “Tozihul-məsail”, Ayətullah Sistani, məsələ 252.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 
 

 

Google+ WhatsApp ok.ru