Şəkidə iki nəfəri sahibsiz it dişləyib 19 Aprel 2017 01:00 Hadisə Şəkidə iki nəfəri sahibsiz it dişləyib. Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 18-i axşam saatlarında Şəki şəhər sakinləri - 82 yaşlı Pirməmməd Məhərrəm oğlu Mustafayev sağ baldır, 26 yaşlı Elnur Mafəl oğlu Hüseynov sol baldır nahiyəsindən it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar. Müayinə zamanı məlum olub ki, onları küçədə sahibsiz it dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. / Teqlər : #Şəkidə iki nəfəri sahibsiz it dişləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şahdağ Milli Parkında uçqun olub, yol bağlanıb Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb