Şəri-dini suallara cavablar - SUAL 34

Şəri-dini suallara cavablar - SUAL 34

“Allah” kəlməsinə dəstəmazsız toxunmağın hökmü nədir?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

SUAL 34: “Bismihi-təala”  (بسمه تعالى) kimi Allah-Taala adını göstərən əvəzliklərə (hi), eləcə də, ərəbcə «...ا» (həmzə və 3 nöqtə) şəklində yazılan “Allah” kəlməsinə dəstəmazsız toxunmağın hökmü nədir?

İmam Xomeyni: Allah-Taalanın adları və yaxud onun tərkib hissəsi olan adlara – hansı dildə və hansı keyfiyyətdə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunmaq caiz deyildir.

(“İstiftaat”, İmam xomeyni, 1-ci cild, “Dəstəmaz” bölümü, sual 79.)

Ayətullah Bəhcət və Ayətullah Safi: “Vacib ehtiyata əsasən, dəstəmazsız toxunmasınlar.”

(Camiul-əhkam”, Ayətullah Safi, 1-ci cild, sual 53-54; Ayətullah Bəhcətin dəftərxanasından sorğu.)

Ayətullah Təbrizi, Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani: “Eybi yoxdur, amma yaxşı olar ki, dəstəmazsız toxunmasınlar.”

(“Siratun-nəcat”, Ayətullah Təbrizi, 5-ci cild, sual 990; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 147-148; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual 52; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 184; Ayətullah Sistani və Ayətullah Məkarim Şirazinin dəftərxanasından sorğu.)

Ayətullah Vəhid Xorasani: “Eybi yoxdur, amma vacib ehtiyata əsasən, “bismi-təala” ifadəsinə toxunmaq caiz deyil.

(Ayətullah Vəhid Xorasaninin dəftərxanasından sorğu.)

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru