Şəri-dini suallara cavablar - SUAL 35

Şəri-dini suallara cavablar - SUAL 35

“Allah” kəlməsi olan xüsusi isimlərə dəstəmazsız əl vurmağın hökmü nədir?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

SUAL: 35. “Allah” kəlməsi olan (Abdullah, Həbibullah kimi) xüsusi isimlərə dəstəmazsız əl vurmağın hökmü nədir?

CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Nuri Həmədani: “Dəstəmazı olmayan şəxsin “Allah” (اللّه) sözünə (ərəbcəsinə) toxunması – hətta mürəkkəb ismin bir hissəsi olsa da bеlə – caiz dеyildir.

(“İstiftaat”, imam Xomeyni, 1-ci cild, “dəstəmaz” bölümü, sual 82; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual 53; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 152; “Camiul-əhkam”, Ayətullah Safi, 1-ci cild, sual 54; Ayətullah Bəhcətin dəftərxanasından sorğu.)

Ayətullah Təbrizi, Ayətullah Sistani və Ayətullah Fazil Lənkərani: “Eybi yoxdur, amma yaxşı olar ki, belə adlara dəstəmazsız toxunulmasın.”

(“Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 184; “Siratun-nəcat”, Ayətullah Təbrizi, 5-ci cild, sual 990; Ayətullah Sistaninin dəftərxanasından sorğu.)

Ayətullah Məkarim Şirazi və Ayətullah Vəhid Xorasani: “Vacib ehtiyata əsasən, “Allah” (اللّه) sözünə dəstəmazsız toxunmaq– hətta mürəkkəb ismin bir hissəsi olsa da bеlə – caiz dеyildir.

(Hər iki müctəhidin dəftərxanasından sorğu)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! /

Google+ WhatsApp ok.ru