Əl-Əqsa məscidində Həzrət Məhəmmədin (s) `Məbəs` şənliyi keçirilib

Əl-Əqsa məscidində Həzrət Məhəmmədin (s) `Məbəs` şənliyi keçirilib

Əl-Əqsa məscidində Həzrət Məhəmmədin (s) "Məbəs" şənliyi keçirilib
 
Qüds İslam Vəqfləri İdarəsi Həzrət Məhəmmədin (s) məbəsinin ildönümü günü münasibəti ilə əl-Əqsa məscidində möhtəşəm şənlik təşkil edib.
 
Maide.İnfo xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, yüzlərlə fələstinli bu gün əl-Əqsa məscidinə daxil olub və Həzrət Məhəmmədin (s) məbəsinin ildönümü günü şənliyində iştirak edib.
 
Əl-Əqsa məscidinin imam camaatı Şeyx Yusif Əbu Sininə əl-Əqsa məscidinin islami mentalitetini qeyd edib: Bu müqəddəs məkan yalnız müsəlmanlara aiddir.
 
Türkiyə, İndoneziya və Malaziyadan bir qrup müsəlman da Həzrət Məhəmmədin (s) məbəsinin ildönümü günü şənliyində iştirak etmək məqsədilə Beytül-Müqəddəsə gedib.
 
Qeyd edək ki, 27 rəcəb 1438-ci hicri qəməri ili, 25 aprel 2017-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s) məbəsinin ildönümü günüdür. /

Google+ WhatsApp ok.ru