Şəri-dini suallara cavablar - SUAL 37

Şəri-dini suallara cavablar - SUAL 37

Peyğəmbəri-Əkrəmin (s), məsum imamların (ə) və xanım Fatimeyi-Zəhranın (s.ə.) adlarına dəstəmazsız toxunmağın hökmü nədir?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
SUAL 37: Peyğəmbəri-Əkrəmin (s), məsum imamların (ə) və xanım Fatimeyi-Zəhranın (s.ə.) adlarına dəstəmazsız toxunmağın hökmü nədir?
 
CAVAB: İmam Xomeyni, Ayətullah Bəhcət, Ayətullah Xamenei, Ayətullah Safi, Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani: “Vacib ehtiyata əsasən, onların adlarına dəstəmazsız toxunulmasın.”
 
(“İstiftaat”, Ayətullah Məkarim Şirazi, 3-cü cild, sual 126; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 320; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 164; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.)
 
Ayətullah Təbrizi, Ayətullah Sistani və Ayətullah Vəhid Xorasani: “Yaxşı olar (müstəhəb ehtiyatdır) ki, onların adlarına dəstəmazsız toxunulmasın.”
 
(“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 325; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 319.
 
 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

 

Google+ WhatsApp ok.ru