Əli Abdulla Saleh Putini Yəmənə təcavüzə qarşı müdaxilə etməyə çağırıb

Əli Abdulla Saleh Putini Yəmənə təcavüzə qarşı müdaxilə etməyə çağırıb

Yəmənin sabiq prezidenti hazırda ölkənin "Baş Xalq Konqresi" partiyasının sədri Əli Abdullah Saleh Vladimir Putini Yəmənə təcavüzlə bağlı addım atmağa çağırıb.
İslaminSesi.info əl-Aləmə istinadla xəbər verir ki, Əli Abdullah Saleh 9 may faşizm üzərində qələbə günü münasibətilə Rusiya prezidenti Valdimir Putinə məktub yazıb.
 
Vladimir Putini qələbə günü münasibətilə təbrik edən Əli Abdulla Saleh deyib:
 
"Yəmən xalqı zülmcəsinə təcavüzə məruz qalıb, beynəlxalq normalarda qadağan edilən silahlar və raketlərlə dənizdən quru, və havadan dəlisov hücmlara məruz qalır. Ölkənin süverenliyi və istiqlaliyyəti ayaq altına atılır, Yəmən xalqı sizin başçılığınız ilə Rusiya Federasiyasının qərarlı mövqeyinə ümidlə baxır."
 
Əli Abdullah Saleh məktubunun bir hissəsində Vladimir Putindən BMT TŞ və digər beynəlxalq dairələrdəki nüfuzundan istifadə edərərk, Yəmənə təcavüzün dayandırılması isitiqamətdə addımların atılmasını, xalqa yardımların çatdırılması, limanların açılması üçün Yəmənə tətbiq edilən muhasirənin götürülməsi üçün addımların atılmasını istəyib.
 
Yəmənin sabiq prezidenti ABŞ-ın dəstəyi ilə baş tutan Səudiyyənin təcavüzünün dayanması üçün Putinin addımlarına inandığını yazıb.
 
Qeyd edək ki, Səudiyyə və koalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib. /

Google+ WhatsApp ok.ru