Ənsarullah hərəkatı qüvvələri sərhəddəki Səudiyyə rejiminin hərbi bazasını ələ keçirdi

Ənsarullah hərəkatı qüvvələri sərhəddəki Səudiyyə rejiminin hərbi bazasını ələ keçirdi

Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə rejiminə aid sərhəddə yerləşən bir hərbi bazanı ələ keçirib.
 
Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə Ərəbistanının Asir bölgəsindəki Nismah hərbi bazasına raket hücumu təşkil etdikdən sonra, bazada nəzarəti ələ alıblar.
Hücumda Səudiyyə rejiminin ordusunun bəzi əsgərlərinin öldürüldüyü də qeyd edilib.
 
Ənsarullah hərəkatı ələ keçirilən bazanın, Səudiyyə rejiminin döyüş təyyarələri tərəfindən daha sonra bombalandığı bildirilir.
 
Bu arada BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının Yəmən üzrə sözçüsü Şəbia Mənuttu, Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzkarlığına görə, Taizz və Hudeyda əyalətlərində 500 min insanın evlərindən didərgin düşdüyünü bildirib.
 
BMT rəsmisi, hazırda Yəməndə humanitar vəziyyətin son dərəcə dəhşətli səviyyədə olduğunu söyləyib. (deyerler) /

Google+ WhatsApp ok.ru