Şənbə günü İslam ölkələrində mübarək Ramazan ayının başlanğıc günüdür

Şənbə günü İslam ölkələrində mübarək Ramazan ayının başlanğıc günüdür

Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində yerləşən Qəməri ayların müşahidəsi üzrə Beynəlxalq Astronomiya Mərkəzi elan edib ki, cümə günü islami ölkələrin çoxunda ayı adi gözlə müşahidə etmək mümkün olacaq.
 
Maide.Az “Əl-Vətən” saytına istinadən xəbər verir ki, Astronomiya Mərkəzinin məlumatında bildirilir cümə günü (26 may/29 şəban) Ramazan ayını  İslam ölkəlkərinin çoxunda adi gözlə müşahidə etmək mümkün olacaq və şənbə günü  (may ayının 27-si) bütün İslam ölkələrində mübarək Ramazan ayının başlanğıc günüdür. 
 
Bütün müsəlman ölkələrində şənbə gününün  (27 may) Ramazan ayının ilk günü elan olunması və bütün müsəlman ölkələrində bu ayın orucunun eyni gündə tutulması hadisəsi öz növbəsində çox nadir hadisədir. 
 
Qeyd edək ki, Azərbaycanda da  27 may 2017-ci il Ramazan ayının ilk günüdür.
 
Həmçinin, Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə və  17-nə, təsadüf edəcək. /

Google+ WhatsApp ok.ru