“Kanal 13” internet televiziyasının direktoruna qarşı cinayət işi başlanılıb 01 İyun 2017 01:00 Hüquq “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində cinayət işi başlanılıb. Vəkil Elçin SadıqovunAPA-ya verdiyi məlumata görə, Ə. Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə istintaq aparılır. Hazırda Ə. Orucov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılır. / Teqlər : #Kanal 13 internet televiziyasının direktoruna qarşı cinayət işi başlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqan Muxtarlıya ittihamlar ağırlaşdırılıb Avropa Məhkəməsindən əsgər ölümünə görə Azərbaycana qarşı qərar