Şəri-dini suallara cavablar - SUAL 46

Şəri-dini suallara cavablar - SUAL 46

Kimlərə oruc tutmaq vacib deyil?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

ORUCUN HÖKMLƏRİ

SUAL 46: Kimlərə oruc tutmaq vacib deyil?

CAVAB: Bütün mərcəi-təqlidlərin fətvasına görə, bir neçə qrupa oruc tutmaq vacib deyil:

1. Oruc tutmağa gücü çatmayan, məşəqqət səbəbindən oruc tuta bilməyən və orucdan əziyyət çəkən yaşlı (qoca) kişi və qadınlara;

2. Oruc tutmağın özü və bətnindəki körpəsinə zərəri ola biləcək hamilə qadınlara;

3. Övladına süd verən qadının özü və körpəsinə oruc tutmağın zərəri olarsa;

4. Orucun zərəri olacaq xəstələrə;

5. Susuzluğa dözə bilməyən və bu xəstəliyə tutulan şəxslərə;

6. Həddi-büluğa çatmayanlara;

7. “Heyz” və “nifas” halında olan qadınlara;

8. On gün bir yerdə qalmaq niyyətində olmayan müsafir şəxslərə;

9. Həddi-büluğa çatmış, amma oruc tutmağa fiziki gücü olmayan və orucdan çox əziyyət çəkən qız uşaqlarına;

10. Huşsuz və yaxud komada olan şəxslərə;

11. Dəlilərə.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1725, 1729; “Əl-urvətul-vusqa”, 2-ci cild, “Oruc” kitabı, “Yeni ayın görünməsinin sabitolma yolları” bölümü.)

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

 

Google+ WhatsApp ok.ru