Əbdülməlik Husi Yəməndə işğalçıların vəhşilikləri barədə açıqlama verib

Əbdülməlik Husi Yəməndə işğalçıların vəhşilikləri barədə açıqlama verib

Yəmənin “Ənsarullah” hərəkatının baş katibi Seyid Əbdülməlik Husi işğalçıların Yəmənin bütün bölgələrində vəhşi cinayətlər törətdiyini açıqlayıb.  

Seyid Əbdülməlik əl-Husi dünən axşam verdiyi açıqlamada bildirib ki, Yəməndəki bütün qruplar işğalçıların vəhşiliklərinə məruz qalıb.  

“Ənsarullah” lideri ABŞ-ın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin hücumlarına nəzarət etdiyini vurğulayan Seyid Əbdülməlik əl-Husi, cinayətlərə beynəlxalq ictimaiyyətin səssiz qaldığını diqqətə çatdırıb. Yəmənli bütün qrupları işğalçılarla mübarizəyə çağıran “Ənsarullah” lideri yaxın gələcəkdə Yəmənin rifaha qovuşacağını qeyd edib. (eastnews) / 

Google+ WhatsApp ok.ru