Əfqanıstanda ABŞ qüvvələrinin yerləşdiyi əraziyə yaxın bölgədə partlayış baş verib

Əfqanıstanda ABŞ qüvvələrinin yerləşdiyi əraziyə yaxın bölgədə partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabildə ABŞ qvvələrinin yerləşdiyi bölgənin yaxınlığında partlayış baş verib. 
 
Maide.İnfo xəbər verir ki, Kabilin 9-cu bölgəsində baş verən partlayış hotel qarşısında baş verib. 
 
Qeyd edək ki, hazırda Əfqanıstanın paytaxtı Kabildə 21 ölkədən nümayəndələrin iştirakı ilə  "Kabil prosesi" beynəlxalq konfransı keçirilir. 
 
Partlayışın diplomatik rayonun yerləşdiyi "yaşıl zona"da tennis kortuna raket düşməsi nəticəsində baş verdiyi müəyyənləşib.
İtkilər barədə məlumat yoxdur. /
 

Google+ WhatsApp ok.ru