Əlillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirdi

Əlillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirdi

İyunun 6-da əlil vətəndaşların böyük bir qrupu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirmişdir.
 
Onların narazılığı, müavinətlərin və pensiyaların çox aşağı həddə olması ilə bağlıdır.
 
Belə ki, qiymət artımı nəticəsində əhalinin bu, ən müdafiəsiz təbəqəsi, xüsusilə ziyan çəkməkdədir.
 
Əlillər "Nizami" metrostansiyası qarşısında yolu bağlayıblar. Nəticədə, nəqliyyatın hərəkətində tıxac yaranıb. Onlar, pensiya və müavinətlərin artırılmasını tələb edirlər.(deyerler.org)
 
 
 

Google+ WhatsApp ok.ru