Əli Laricani parlamentdəki terroru kiçik hadisə adlandırıb 07 İyun 2017 01:00 Dünya İran parlamentinin sədri Əli Laricani bu gün səhər parlament binasında baş vermiş terrora münasibət bildirib. Ə. Laricani olayı kiçik bir hadisə adlandırıb: "Bir neçə qorxaq terrorçu parlamentin binasına soxulub və onlara qarşı ciddi tədbirlər görülüb. Elə də böyük şey deyil. Bu hadisə onu göstərir ki, terrorçular İran üçün problem yaratmaqda maraqlıdır. İran terrorizmlə mübarizədə fəal və təsiredici gücə malikdir, istəyirlər ki, İranın bu simasını korlasınlar. Təhlükəsizlik qüvvələri hökmən onlara qarşı ciddi ölçü götürəcək". (apa) / Teqlər : #Əli Laricani parlamentdəki terroru kiçik hadisə adlandırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrandakı silahlı hücumlara görə məsuliyyəti İŞİD üzərinə götürüb Türkiyədə “Amnesty International”ın əməkdaşları kütləvi həbs edilib
Ukrayna müsəlmanları qadınlara sənədlərdə hicablı foto çəkilməsi qanununun icrası xərclərinin təmini üçün maddi yardım toplayıb