Şəri-dini suallara cavablar - SUAL 49

Şəri-dini suallara cavablar - SUAL 49

Bəlğəmi udmaq orucu batil edirmi?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
ORUCUN HÖKMLƏRİ
 
SUAL 49: Bəlğəmi udmaq orucu batil edirmi?
 
Ayətullah Sistani: Bəlğəmi udmağın (ağız fəzasına çatsa da belə) eybi yoxdur, amma ağız fəzasına çatarsa, müstəhəb ehtiyata əsasən, onu udmasın.
(“Tozihul-məsaile mərace”, məsələ 1580.)
 
Ayətullah Bəhcət: Bəlğəmi udmaq oruc olmayan günlərdə adi bir iş olarsa və ağız fəzasına çatmazsa, eybi yoxdur, amma ağız fəzasına çatarsa, vacib ehtiyata əsasən, onu udmasın.
(“Tozihul-məsaile mərace”, məsələ 1580.)
 
Digər mərcəi-təqlidlərin fətvası: Bəlğəmi udmaq, nə qədər ki, ağız fəzasına çatmayıb, eybi yoxdur; amma ağız fəzasına çatarsa, vacib ehtiyata əsasən, onu udmasın.
(“Tozihul-məsaile mərace”, məsələ 1580; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1588 və Ayətullah Xameneinin dəftərxanasından sorğu.)
 
Qeyd: Ağız və boğaz fəzasının səddi «x» hərfinin məxrəcidir.
 
 
 
 
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru