Şəri-dini suallara cavablar - SUAL 51 12 İyun 2017 01:00 Ramazan Mübarək Ramazan ayında ətir, şampun, vitaminli krem və pomadadan istifadə etməyə icazə varmı? Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: ORUCUN HÖKMLƏRİ SUAL 51: Mübarək Ramazan ayında ətir, şampun, vitaminli krem və pomadadan istifadə etməyə icazə varmı? Bütün mərcəi-təqlidlərin rəyi: Qeyd olunan işlərdən heç biri orucu batil etmir. Amma pomadadan elə istifadə etmək lazımdır ki, ağıza daxil olmasın və içəri ötürülməsin. (“Əl-urvətul-vusqa”, “Orucu batil edən işlər” bölümü – 4-cü və 5-ci bölümlər.) Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: 1. Sualların cavabları mənbələrə əsaslanmışdır; 2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır; 3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır: –Ayətullah Seyid Əli Xamenei; –Ayətullah Seyid Əli Hüseyni Sistani; –Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani. –Ayətullah Şeyx Hüseyn Nuri Həmədani; –Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani; –Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət; –Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ; –Ayətullah Şeyx Mirzə Cavad Təbrizi; –Ayətullah Şeyx Nasir Məkarim Şirazi; Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik! Teqlər : #Şəridini suallara cavablar SUAL 51, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MÜBARƏK RAMAZAN AYININ 17-Cİ GÜNÜNÜN DUASI -VIDEO QƏDR GECƏLƏRİNİN MÜŞTƏRƏK ƏMƏLLƏRİ