Şəri-dini suallara cavablar - SUAL 52

Şəri-dini suallara cavablar - SUAL 52

Oruc tutan şəxsin boğazına nəqliyyat vasitəsinin tüstüsü daxil olarsa, onun orucu batil olarmı?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

ORUCUN HÖKMLƏRİ

SUAL 52: Oruc tutan şəxsin boğazına nəqliyyat vasitəsinin tüstüsü daxil olarsa, onun orucu batil olarmı?

Bütün mərcəi-təqlidlərin rəyi: Əgər qalın tüstünün boğaza çatmaması inamı ilə nəqliyyat vasitəsinin kənarında durarsa və tüstü qəfil surətdə boğazına çatarsa, orucu düzdür.

(“Təliqat ələl-urvə”, Ayətullah Sistani və Ayətullah Nuri Həmədani, 2-ci cild, 6-cı bölüm – “Orucu batil edən işlər”; “Tozihul-məsail”, İmam Xomeyni, Ayətullah Təbrizi, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkraim Şirazi, məsələ 1605; “Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 1132; Ayətullah Xameninin dəftərxanasından sorğu.

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

 

Google+ WhatsApp ok.ru