Ərəbistan və Qətər rəsmiləri yumruq davasına çıxdı - VİDEO

Ərəbistan və Qətər rəsmiləri yumruq davasına çıxdı - VİDEO

Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı gərginlik əlbəyaxa davaya çevrilib. 
 
İki dövlət rəsmilərinin iştirak etdiyi konfransda Səudiyyə Ərəbistanı rəsmilərinin Qətər nümayəndələrinə tənəli söz atması davaya səbəb olub. Səudlər qətərlilərə xitabən : "Mozanın müftəxorları" deyə müraciət edib. Bundan sonra iki ölkə rəsmiləri yumruq davasına çıxıblar.
 
Qeyd edək ki, Qətər Əmirinin xanımı Moza bint Nasir əl-Misnəd Qətərdə yüksək siyasi nüfuza malikdir. 
 
Xatırladaq ki, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviyanın şərq hissəsinin hakimiyyəti, Yəmənin fərari prezidenti Mənsur Hadi, həmçinin Maldiv və Mavrikiya da Qətərlə münasibətləri kəsdiyini elan edib. (faktxeber)

Google+ WhatsApp ok.ru