Şəri-dini suallara cavablar - SUAL 59

Şəri-dini suallara cavablar - SUAL 59

Əgər bir qadın namaz əsnasında saçının göründüyünü və ...

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

 
NAMAZIN HÖKMLƏRİ

SUAL 59: Əgər bir qadın namaz əsnasında saçının göründüyünü və örtükdən çöldə qaldığını bilərsə, vəzifəsi nədir? Əgər bunu namazdan sonra başa düşərsə, namazı düzgündürmü?

Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Behcət, Təbrizi və Vəhiddən başqa): “Əgər namaz əsnasında bilərsə, saçını dərhal örtməlidir və namazı da düzgündür; bu şərtlə ki, onun saçını örtməsi uzun çəkməsin. Əgər namazdan sonra başa düşərsə, namazı düzgündür.”

(“Tozihul-məsaile mərace”, məsələ 792; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 432; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 793.)

Ayətullah Behcət və Ayətullah Vəhid Xorasani: “Əgər namaz əsnasında bilərsə, saçını dərhal örtməlidir və vacib ehtiyata əsasən, namazını bitirməli və yenidən qılmalıdır. Əgər namazdan sonra başa düşərsə, namazı düzgündür.”

(“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 798; “Tozihul-məsail”, Ayətullah Behcət, məsələ 665.)

Ayətullah Təbrizi: Əgər namaz əsnasında başa düşərsə, namazı batildir. Amma namazdan sonra başa düşərsə, namazı düzgündür.

(“Tozihul-məsaile mərace”, məsələ 792.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

Google+ WhatsApp ok.ru