“WhatsApp” messenceri “YouTube” videosunu dəstəkləməyə başlayacaq

“WhatsApp” messenceri “YouTube” videosunu dəstəkləməyə başlayacaq

Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıb. Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilər. Videoçarxlar bilavasitə proqramda açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.   
 
Məlumata görə, beta versiya istifadəçiləri “YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilər. Lakin hazırda yalnız “iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “iPhone 6” modelindən başlayan smartfonlarda işləyir. “Android” və ya “Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki bu imkandan məhrumdur. /

Google+ WhatsApp ok.ru