Ərəfə günü İmam Hüseynin (ə) hərəmində yeni sərdabənin açılışı olacaq

Ərəfə günü İmam Hüseynin (ə) hərəmində yeni sərdabənin açılışı olacaq

İraqın “Ərzul-Qüds” şirkəti İmam Hüseyninin (ə) hərəminin içərisində yeni sərdabənin zil-hiccə ayının 9-undan (Ərəfə günü) öncə hazır olacağı və Ərəfə günü yeni sərdabənin açılışının olacağını xəbər verib. 
 
Maide.Az xəbər verir ki, layihəyə nəzarət edən mühəndis Əli Hüseyn Möhsin bildirib ki, bu layihə 1200 kvadrat metr və 5 metr dərinlikdə icra olunur. 
Sərdabədə istilik və soyuducu sistemlər quraşdırılır. Elektron pilləkənlər və yanğınsöndürmə texnologiyası quraşdırılır.
  
O deyib ki, 15 metr dərinliyində qoruyucu divar tikilib. “Bu divar həm hərəmin qədim divarlarının dağılmasının qarşısını almaq və həm də yeraltı suların sərdabəyə girişinin qarşısını almaq məqsədilə tikilib. 
 
Onun sözlərinə görə, hazırda sərdabənin tikinti işləri başa çatmaq üzrədir.
 
Qeyd edək ki, yeni sərdabə Ərbəin ziyarəti dönəmində milyonlarla zəvvarın ziyarəti zamanı sıxlığın qarşısını almaq məqsədilə tikilir. Sərdabə İmam Hüseynin (ə) hərəminin cənub şərqindəki "Qaziul-Hacat" qapısını, şərqdə "Şühəda" qapısına və şimal-şərqdə "əl-Kəramə" qapısına birləşdirir. 
 
Qeyd edək ki, Ərbəin ziyarəti dönəmində milyonlarla zəvvara ev sahibliyi edən Kərbəla şəhəri Ərəfə günündə çox sayda Əhli-beyt (ə) aşiqinin ziyarətgahıdır. Hər il minlərlə insan dünyanın müxtəlif ölkələrindən Ərəfə günü İmam Hüseynin (ə) hərəmində "Ərəfə" duasını oxumaq üçün bu hərəmə üz tutur. /

Google+ WhatsApp ok.ru