Şəri-dini suallara cavablar - SUAL 61

Şəri-dini suallara cavablar - SUAL 61

Bədəni və yaxud libasının murdarlığını unudub namazını qılan şəxsin hökmü nədir?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

NAMAZIN HÖKMLƏRİ

SUAL 61: Bədəni və yaxud libasının murdarlığını unudub namazını qılan şəxsin hökmü nədir? Namazını yenidən qılmalı və yaxud qəza etməlidirmi?

Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Sistanidən başqa): “Namazını yenidən qılmalıdır. Əgər namazın vaxtı keçibsə, qəza etməlidir.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 803; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani”, məsələ 804; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 809.)

Ayətullah Sistani: “Əgər bədəni və yaxud libasının murdarlığını etinasızlığından unudubsa, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır. Əgər namazın vaxtı keçibsə, qəza etməlidir. Əks-təqdirdə, namazını yenidən qılmağa və yaxud qəza etməyə ehtiyac yoxdur.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 803.)

 
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru