“Arsenal” klubunun bir neçə futbolçusu qidadan zəhərlənib 20 İyul 2017 01:00 Xəbərlər Hadisə Çində reallaşan təlim-məşq toplanışı zamanı baş verib Çində təlim-məşq toplanışında olan İngiltərənin “Arsenal” klubunun bir neçə futbolçusu qidadan zəhərlənib. “Report”un “Sky Sports”a istinadən verdiyi məlumata görə, hadisə iyulun 19-da Beynəlxalq Çempionlar Kubokunda Almaniya təmsilçisi “Bavariya” ilə oyundan əvvəl baş verib. Nəticədə zərərçəkənlərdən Olivye Jiru və Per Mertezaker meydana çıxa bilməyiblər. Teo Uolkottla Aron Remzi fasilədən sonra oyuna qoşulduqları halda, Sead Kolaşinats ilk hissədə əvəzlənib. Qeyd edək ki, “Arsenal” – “Bavariya” matçında bərabərlik qeyd alınıb - 1:1. Qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub və İngiltərə təmsilçisi rəqibini üstələyib – 3:2. Teqlər : #Arsenal klubunun bir neçə futbolçusu qidadan zəhərlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda ağaclar kəsilir, sakinlər narazıdır - VİDEO Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib