Ələt-Astara avtomobil yolunda məşhur kafe ötən axşam yanıb -VİDEO

Ələt-Astara avtomobil yolunda məşhur kafe ötən axşam yanıb -VİDEO

Ələt-Astara avtomobil yolunun Salyan rayonun Yenikənd kəndindən keçən 36-cı km-dəki məşhur “Ulduz” restoranı ötən axşam yanıb.
 
Virtualaz.org-un məlumatına görə, kənd sakini İslam Salayevə məxsus bu restoran müştəriləri cəlb etməsinə görə ən məşhur obyekt idi.
 
Yanğın nəticəsində bütünlüklə yanmış obyektin yalnız mətbəxini qorumaq mümkün olub. Yanğın saat 04:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Faktla bağlı araşdırmalara başlanılıb.

Google+ WhatsApp ok.ru