“Nardaran işi” üzrə təqsirləndirilən sonuncu şəxslərin istintaqı yekunlaşıb

“Nardaran işi” üzrə təqsirləndirilən sonuncu şəxslərin istintaqı yekunlaşıb

“Nardaran işi” üzrə təqsirləndirilən iki şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 
Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, həbs olunan və hazırda istintaqı aparılan Elxan İsgəndərov cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Onunla birlikdə hazırda səhhətinə görə polisin nəzarəti altına verilən Əbülfəz Bünyatovun da işi məhkəməyə göndəriləcək. Vəkil cinayət işinin materialları ilə tanış olduğunu, yaxın günlərdə işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini deyib. Bildirib ki, bununla da “Nardaran işi” adlı cinayət işinin istintaqı tamamilə yekunlaşacaq. /

Google+ WhatsApp ok.ru