Ərəbistanın Əvamiyyə bölgəsində Ali-Səud rejim qüvvələrinin açdığı atəş nəticsəində 5 nəfər şəhid olub

Ərəbistanın Əvamiyyə bölgəsində Ali-Səud rejim qüvvələrinin açdığı atəş nəticsəində 5 nəfər şəhid olub

Ötən gecədən Qətif əyalətinin Əvamiyyə bölgəsində Ali-Səud rejim qüvvələrinin açdığı atəş nəticəsində 5 nəfər şəhid olub və çox sayda yaralı var.
 
Maide.Az  “almayadeen”-ə istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyətin sükutu nəticəsində Ali-Səud rejiminin cinayətləri Əvamiyyə bölgəsində davam edir.
 
Ötən gecədən başlayaraq Səudiyyə rejim qüvvələri Əvamiyyə bölgəsində şiələrin evlərini toplarla atəşə tutub. Bir çox Əhli-beyt (ə) ardıcılı yaralanıb, insanların evlərinə, şəxsi avtomobillərinə ziyan dəyib. 
 
Məlumata görə, şəhid olan şəxslərdən biri tanınmış incəsənət ustası Möhsin əl-Ovcamidir. Onunla birlikdə 2 Hindistan vətəndaşı da öldürülüb. 
 
"Twitter"də yayımlanan məlumata görə, Əvamiyyə bölgəsində şəhid olan digər bir nəfər Hüseyn Məhəmməd Əbu Abdullahdır. O, öz evinin qarşısında avtomobilinin içərisində olarkən, Ali-Səud rejim qüvvələri onun avtomobilinə atəş açıb. Avtomobildə yanğın baş verib və o yanaraq şəhid olub. /
 
پنج شهید در جنایت سعودی‌ها در شهر شیعه‌نشین «العوامیه»

Google+ WhatsApp ok.ru