Şəri-dini suallara cavablar - SUAL 64

Şəri-dini suallara cavablar - SUAL 64

Çirkli möhürə səcdə etmək namazı batil edirmi?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

 

 
NAMAZIN HÖKMLƏRİ

SUAL 64: Çirkli möhürə səcdə etmək namazı batil edirmi?

Bütün mərcəi-təqlidlərin rəyi: “Səcdə edəndə alınla səcdənin doğru olduğu bir şey (möhür) arasında fasilə olmamalıdır. Əgər möhür alının ona yetişməsinə mane olacaq qədər çirkli olarsa, namazı batil edər, amma möhürün rəngi dəyişilərsə, eybi yoxdur.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1060; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, 1061; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1069; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 491.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru