Əmmar Həkim Səudiyyə rejimi ilə görüşünün şərtlərini açıqladı

Əmmar Həkim Səudiyyə rejimi ilə görüşünün şərtlərini açıqladı

İraqın Milli Hikmət hərəkatının baş katibi Əmmar Həkim Səudiyyə rejimindən ona edilən səfər dəvəti ilə bağlı açıqlama verib.
 
Əmmar Həkim İraqın İslami Ali Şurasını tərk edib yeni partiya qurmasının İslami Ali Şurası ilə münasibətlərinin pozulması demək olmadığını bildirib. O, İraq cəmiyyətinin ehtiyaclarını və gənclərin tələblərini nəzərə alaraq, yeni bir partiya qurduqlarını deyib.
 
Gənclərin idarəçilikdə daha fəal olması və onlara şərait yaradılmalı olduğunu bildirən Ə.Həkim belə danışıb: "Aktiv siyasətdə bəzi mövqelərin dəyişdirilməsi, xüsusilə də gənc nəsillə əlaqələr yaradılması zərurəti ortaya çıxmışdır".
 
Səudiyyə rejiminin Seyid Müqtəda Sədr ilə birlikdə, aralarında Əmmar Həkimin də olduğu bəzi şiə liderlərə etdiyi dəvətlə bağlı xəbərlərə toxunan Əmmar Həkim, Səudiyyə rejiminin ona yaxşı bir hədiyyə verəcəyi təqdirdə Səudiyyə Ərəbistanına gedəcəyini söyləyib.
 
Əmmar Həkim Səudiyyə rejiminin dəvəti və özünün tələb etdiyi “yaxşı hədiyyə” barədə bunları dedi: "Bir müddət əvvəl Səudiyyə rejimi bir vasitə ilə mənə "əgər sizə dəvət göndərilsə, Səudiyyə rejimi liderlərilə görüşmək üçün Səudiyyə Ərəbistanına gedərsinizmi?”, - deyə mesaj göndərdilər. Mən də onlara dedim ki, əgər onlar mənə Bəhreyndən çıxmaq və məzlum Yəmən xalqına qarşı qətliamlara son vermək şəklində hədiyyələr verərlərsə, mütləq gedərəm dedim. Təbii ki, bu istəyim onlar tərəfindən rədd edildi. Beləliklə, mənim Səudiyyə Ərəbistanına getmək kimi bir vəziyyətim də yoxdur". (deyerler) /

Google+ WhatsApp ok.ru