Ərzaq 18 faiz bahalaşıb

Ərzaq 18 faiz bahalaşıb

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 14 faiz bahalaşıb.
 
Dövlət Statistika Komitəsinin avqustun 7-də açıqladığı məlumatda belə yazılır.
 
Məlumata görə, ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,6 faiz artıb.
 
Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də bahalaşıb - 9,6 faiz.
 
Qiymətlər iyulda...
İyul ayında istehlak məhsullarının, xidmətlərin 0,1, qeyri-ərzaq mallarının 1,6, əhaliyə göstərilən ödənişli xidmətlərin isə qiymətlərinin 0,4 faiz bahalaşdığı bildirilir.
 
Ərzaq məhsullarının qiymətlərində cüzi azalma olub - 1 faiz.
 
Ötən ay mal, qoyun əti, pendir, kərə və zeytun yağları, limon, soğan, sarımsaq bahalaşıb.
 
Un, qarabaşaq, makaron məmulatları, toyuq əti, yumurta, balıq məhsulları, günəbaxan, qarğıdalı yağları, şəkər, banan, alma, armud, alça və şaftalının isə ucuzlaşdığı bildirilir.
 
Qeyri-ərzaq mallarının qiymətinə gəlincə, parçalar, ayaqqabılar, inşaat materialları, benzin, mebel, ev əşyaları, xalça və digər döşəmə örtükləri, kiçik elektrik cihazları, soyuducular, tozsoranlar bahalaşıb.
 
Geyimin, kondisionerlərin, fərdi kompüter və mobil telefonlarının isə ucuzlaşdığı deyilir. (azadliq.org)

Google+ WhatsApp ok.ru