Şəri-dini suallara cavablar - SUAL68

Şəri-dini suallara cavablar - SUAL68

“Səcdeyi-səhv” necə yerinə yetirilir?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

NAMAZIN HÖKMLƏRİ

SUAL 68: “Səcdeyi-səhv” necə yerinə yetirilir?

Bütün mərcəi-təqlidlərin rəyi: “Namazdan sonra dərhal “səcdeyi-səhv” niyyət ilə səcdəyə gedərək (alını səcdəsi düzgün оlan bir şeyin üzərinə qoyaraq) deyilir: “Bismillahi və billahi, əs-səlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh”. Sonra başı səcdədən qaldırıb oturmaq və yenidən səcdəyə gedib həmin zikri demək lazımdır. İkinci səcdədən qalxıb təşəhhüd və salam deyilir. (Ehtiyat budur ki, təşəhhüddən sonra son salamla kifayatlənilsin.)

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1250; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1259; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1251; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)

QEYD:

Ayətullah Məkarim Şirazi: Səcdeyi-səhvdə bədənin örtülməsi, üzü qibləyə oturmaq, dəstəmazlı və təharətli olmaq da şərtdir.

Ayətullah Behcət: Vacib ehtiyata əsasən, səcdeyi-səhvdə bədəni örtmək, üzü qibləyə oturmaq və dəstəmazlı olmaq lazımdır.

 

 

Google+ WhatsApp ok.ru