Ərəbistan: `əl-Əvamiyyədəki əl-Musəvvirə məhəlləsini tamamilə dağıtdıq`

Ərəbistan: `əl-Əvamiyyədəki əl-Musəvvirə məhəlləsini tamamilə dağıtdıq`

Səudiyyə Ərəbistanının səlahiyyətli rəsmisi elan edib ki, Qətif əyalətinin əl-Əvamiyyə bölgəsindəki əl-Musəvvirə məhəlləsi tamamilə dağıdılıb və orada buldozerlərlə təmizləmə işləri aparılacaq. 
 
Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Şərq Bölgəsi Bələdiyyəsi Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Bin Əbdüləziz əl-Safyan mətbuata verdiyi açıqlamada deyib ki, bu məhəllənin dağıdılmasından məqsəd "bölgənin 2 illik genişləmə və abadlıq planının həyata keçirilməsi"dir. əl-Musəvvirədə olan 488 evin hamısı dağıdılıb”.
 
Əvamiyyədə yaşayan şiələr bu hücumlar və məhəllənin dağıdılmasını özlərinə edilən zülmün və ədalətsizliyin bir parçası olduğunu bildirir. 
 
Əvamiyə bölgəsində altı ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı repressiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin. Səudiyyə rejimin qüvvələri 3 aydan artıq idi ki, Qətifin əl-Əvamiyyə rayonunda xüsusilə də əl-Musəvvirə qəsəbəsinə hücumlarını həyata keçirirdi. Amma indi əl-Əvamiyyədə 500-dən çox mənzilin dağıldığı əl-Musəvvirə qəsəbəsinin 30 min sakinin tam təxliyə edildiyi deyilir.
 
Səudiyyə rejimi qüvvələri bölgədə komendat saatı tətbiq etsələr bölgədən görüntülər mediaya sızmaqdadır.
 
Videoda Səudiyyə rejimi qüvvələrinin əl-Əvamiyyə şəhərinin əl-Musavvirə məntəqəsində törətdikləri vəşilikləri aşkar görmək olur. /
 
العوامیه القطیف / عوامیه

Google+ WhatsApp ok.ru