“Dərmanlı yumurta” qalmaqalı böyüyür

“Dərmanlı yumurta” qalmaqalı böyüyür

Həşərat dərmanlı yumurta qalmaqalı böyüyür: artıq Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa, İsveç də daxil olmaqla 19 ölkədə belə yumurtalar aşkarlanıb.
 
Bu barədə Beynəlxalq Qida Təhlükəsizliyi Ofisinin açıqlamasında bildirilir.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına deyib ki, Azərbaycan xaricdən yalnız damazlıq yumurta alır.
 
“Məişət yumurtasına olan təlabat yerli istehsal hesabına ödənilir. Damazlıq yumurta isə Türkiyə, Ukrayna, Şimali Kipr, Gürcüstan və Boqarıstandan gətirilir. Hər 5 ölkədə dərmanlı yumurta aşkarlanmayıb, amma dünyada baş verən proseslər izlənilir, vəziyyət nəzarətdədir”, - Y.Xanvəli söyləyib.
 
Mətbuat katibinin sözlərinə görə, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatı yumurtalarda aşkarlanan dərmandan istifadə olunmasını qadağan edib. Buna görə də də cücələrin bit və birədən qorunması üçün kimyəvi maddələrdən istifadə edilmir: “Uzun illərdir Azərbaycanda bu maddədən istifadə olunmur, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə tam əməl edilir”.
 
Yumurtada aşkarlanan “Fipronil” adlı həşərat dərmanı böyrək və ciyərlərə zərər vurur.
 
Artıq bir çox ölkələrdə istintaq başlayıb.
 
Ölkədə yumurtaya olan illik tələbat 3 milyard 100 milyon ədəddir. (virtualaz) /

Google+ WhatsApp ok.ru