Şəkərli diabet bəlası: necə xilas olunmalı? – Həkim

Şəkərli diabet bəlası: necə xilas olunmalı? – Həkim

Son illərdə aşağı ətrafda olan ağrıların ağırlaşmalarının artması müşahidə olunur. Çox vaxt isə bu ağrılar şəkərli diabet xəstəliyinin göstəriciləri olur.
 
Bioloji Təbabət Klinikasının həkimi, terapevt Arzu Musayeva Axar.az-a müsahibəsində aşağı ətrafda yaranan ağrılardan, şəkərli diabetin yaranma səbəblərindən və müalicəsindən danışıb.
 
Arzu xanım, aşağı ətrafdakı ağrıların yaranma səbəbi nədir? Ümumiyyətlə, bu ağrılar hansı xəstəliklərin göstəriciləri ola bilər?
- Aşağı ətrafda olan ağrılar müxtəlif mənşədən irəli gələ bilər. Bu, hansısa daxili problemdən də olar. Aşağı ətrafları təchiz edən arterial və yaxud venoz damar şəbəkəsində gedən patoloji proseslərin təzahürü kimi özünü göstərə bilər. Və yaxud sümük dayaq sistemi ilə əlaqədar da ola bilər. Digər tərəfdən bu ağrılar daha çox təsadüf etdiyimiz şəkərli diabetin gecikmiş fəsadlarıdır.
 
Bəs xəstələr şəkərli diabet olduqlarını necə anlaya bilərlər. Yəni bu xəstəliyin ilkin göstəriciləri nələrdir?
- Şəkərli diabet üçün xarakterik əlamətlər susuzlama, suya olan ehtiyacın artması, qadın cinsiyyət orqanlarında və yaxud ümumi bədəndə qaşınmalar, halsızlıq, xroniki yorğunluq kimi göstəricilərdir. Təsadüfi hallarda isə xəstə bundan xəbərsiz ola bilər. Yəni xəstə yuxarıda saydıqlarımızdan əziyyət çəkməz, təsadüfi olaraq təzyiqdən, mədə-bağırsaq ağrılarından şikayətlə müraciət edir və müayinə zamanı qanda qlikozanın yüksək olması aşkar edilir. Əgər qanda qlükoza normadan yüksək olarsa, bu heç də həmin an üçün olmasa da, orqanizmin 5 il, 10 il sonra şəkərli diabet olma ehtimali mümkündür.
 
Şəkərli diabetin müalicəsi neçə müddət davam edir?
- Bu xəstəlik tam müalicə olunan xəstəlik deyil. Ancaq insanlar üçün onu həyat tərzinə çevirmək mümkündür. Biotənzimləyici terapiyada həm ilkin aşkar olunmuş, həm də şəkərə meyilli olmuş insanlarda, həmçinin şəkərli diabetin ağır fəsadlarına düçar olmuş insanlar arasında xüsusi müalicələr aparmaqla bu xəstəliyi həyat tərzinə çevirmək olar.
 
Bu xəstəliyə düçar olmuş şəxslərə nə zaman cərrahi müdaxilə edilir?
- Qeyd edim ki, biotənzimləyici terapiyada xroniki xəstəliklərin müalicəsi aparılır. Burada cərrahi müdaxilə yalnız ekstrimal hallarda edilə bilər. Bizə müraciət edən xəstələr aşağı ətrafın amputasiyasından yayınmış şəxslərdir ki, onlar biotənzimləyici terapiya ilə öz sağlamlıqlarına qovuşa bilirlər.
 
Xəstələrin qidalanma rejimi bu xəstəlik üçün nə dərəcədə önəmlidir?
- Şəkərli diabet xəstəliyi elə bir xəstəlikdir ki, xüsusilə 3-cu tip şəkərli diabet burada müalicənin hansı təbabətlə aparılmasından asılı olmayaraq, pəhriz birinci şərtdir. Pəhriz saxlamadan bu xəstəliyin müalicəsi ilə məşğul olmaq faydasız nəticə olacaq.
 
Şəkərli diabetin yaranma səbəbləri nədir? Bu xəstəlik genetik xəstəlik ola bilərmi?
- Bu xəstəliyin yaranması genetik də ola bilər, həyat tərzindən, piylənmədən, mübadilə proseslərindən, infeksion xəstəliklərdən və s. səbəblərdən yarana bilər.
 
Bioloji təbabətdə şəkərli diabet xəstələrini hansı yolla müalicə edirsiniz?
- İlkin olaraq biotənzimləmənin bərpasından və tətbiqindən başlanılır. Əlbəttə ki, orqanizmdə həmin patoloji prosesi formalaşdıran endo və ekzogen toksinlərin orqanizmdən xaric edilməsinə üstünlük verilir. Lazımı biotənzimləyici preparatlar orqanizmə yeridilərək bu xəstəliyin müalicəsində müsbət nəticə əldə etmək mümkündür.
 
Qeyd edək ki, biotənzimləyici müalicə üsullarından istifadə edən Bioloji Təbabət klinikasında artıq 100-dən çox diabet xəstələrinin aşağı ətraflarında olan trofik xora yaraları tam müalicə edilib. Bu xəstələrin aşağı ətraflarının amputasiya olunmasına ehtiyac qalmayıb. /

Google+ WhatsApp ok.ru