“Turan” fəaliyyətini dayandırır

“Turan” fəaliyyətini dayandırır

Bu barədə agentliyinin yaydığı bəyanatda bildirilir.
 
Bəyanatda bu, agentliyin direktoru Mehman Əliyevin saxlanması və vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə izah edilir.
 
"Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir. Yaranmış vəziyyəti nəzərə alaraq, "Turan"ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq", – bəyanatda bildirilir.
 
Bəyanat müəllifləri həmin vaxta kimi öz şəxsi vəsaitləri və fəaliyyətləri hesabına saytın işini davam etdirəcəklərini bildirir.
 
Onlar vurğulayır ki, xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq və bunun nə qədər davam edəcəyi bəlli deyil.
 
Bildirilir ki, “Turan” İnformasiya Agentliyinin bank hesabı da dondurulub. /

Google+ WhatsApp ok.ru