Əfqanıstanda məsciddə baş vermiş partlayışda ən az 14 nəfər həyatını itirib - YENİLƏNİB

Əfqanıstanda məsciddə baş vermiş partlayışda ən az 14 nəfər həyatını itirib - YENİLƏNİB

Əfqanıstanın Kabil şəhərinin əsasən şiələr yaşayan bölgəsi olan Xeyr-Xanadə məsciddə baş vermiş partlayışda ən az 14 nəfər şəhid olub. 
 
Maide.Az xəbər verir kİ,  kamikadze özünü məscidin içərisində partladıb. 
 
Məlumatda bildirilir ki, kamikadzedən əlavə  məscidin içərisində  2 və ya 3 terrorçu ilə  polis qüvvələri arasında atışma olub. 
 
Atışma zamanı 2 terrorçu öldürülüb. 
 
***
Əfqanıstanın paytaxtı Kabildə kamikadze şiələrin məscidinin qarşısında özünü partladıb.
 
Maide.Az xəbər verir ki, kamikadze İmam Zaman məscidində partlayış törədib. 
 
Hadisə şahidləri partlayışdan dərhal sonra ətrafdakılara atəş açıldığını deyib.
 
Hələ ki, ölü və yaralı sayı ilə bağlı dəqiq məlumat yoxdur.
 

Google+ WhatsApp ok.ru