Ərəbistanda şiələrə qarşı orta əsrlərə aid işgəncələr davam edir

Ərəbistanda şiələrə qarşı orta əsrlərə aid işgəncələr davam edir

Xəbər mənbələrinə əsasən, Ərəbistan təhlükəsizlik qüvvələrinin şiələr yaşayan Əvamiyyə bölgəsinə hücumu 3-cü aydır ki, davam edir və bu hücumlar nəticəsində indiyədək Əvamiyyə əhalisindən 30 nəfəri şəhid olub.
 
Təhlükəsizlik qüvvələri şəhidlərin cəsədini ailələrinə təhvil verməyib və onlar üçün mərasim keçirilməsinin də qarşısını alıb.
 
Şəhid analarından biri deyib ki, dövlət şəhidlərin cəsədini bizə verməməklə bizim övlad dağımızı daha da artırmaq istəyir. Üstəlik, övladlarımıza da şər-böhtan atırlar. 30 şəhiddən təkcə 7 nəfərin cəsədini ailələrinə qaytarıblar. Qaytarılan şəhidlərə yas mərasimi saxlamağa da icazə vermirlər.
 
Qətif əhalisinin sözlərinə görə dövlət şiələrə qarşı orta əsrlərə aid işgəncələr verir. Qaytarılan şəhidlərin sinə və beyinləri boşaldılmış halda təhvil verilib. Onların cəsədləri üzərində işgəncələr müşahidə olunur. Bəzi şəhidlərin də bədən üzvləri kəsilərək təhqir edilmişdir.
 
İnsan haqları müdafiəçilərinin sözlərinə görə Ərəbistanda şiə şəhidlərinin cənazələrinin müsadirə olunması dövlət məsullarının müxaliflərin səsindən qorxduğu üçündür. Onlar şəhidlərin hətta, cansız cəsədlərindən də qorxurlar.
 
Adının açıqlanmasını istəməyən Qətif sakini deyir: “Ərəbistan rəhbərləri şiələri şəhid etdikdən sonra da onlardan əl çəkmir, şəhidlərin bədənlərini tikə-tikə edir. Onlar şəhidlərə qarşı heç bir cinayətdən çəkinmirlər. Şəhidlərin məzlumluğu bununla bitmir, onların hörmətlə dəfn olunmasına və yas mərasimi keçirilməsinə də icazə vermirlər.”
 

Google+ WhatsApp ok.ru