Şəhid Möhsün Hücəcinin cənazəsi sentyabarın 2-də Tehranda dəfn olunacaq

Şəhid Möhsün Hücəcinin cənazəsi sentyabarın 2-də Tehranda dəfn olunacaq

Əhli-Beyt (ə) hərəminin müdafiəçisi şəhid Möhsün Hücəcinin pak bədəni həftənin şənbə günü (sentyabrın 2-də) dəfn olunacaq.
 
Maide.Az xəbər veri rki, Əhli-Beyt (ə) hərəminin müdafiəçisi şəhid Möhsün Hücəcinin cənazəsi sabah günün ikinci yarısında, yerli vaxtla saat 16:00-da Tehranın "İmam Hüseyn (ə) meydanı"ndan xalqın izdihamlı iştirakı ilə  dəfn olunacağı yerə aparılacaq. 
 
Qeyd edək ki, SEPAH-ın quru qoşunları qərargahının verdiyi bəyanatda bildirilir ki, Şəhid Möhsün Hücəcinin cənazəsi HİZBULLAH tərəfindən İŞİD terrorçularından geri alınaraq Suriya qoşunlarına təhvil verildikdən sonra cəsədin üzərində DNT analizi aparılıb və cəsədin Şəhid Möhsün Hücəciyə aid olduğu öz təsdiqini tapıb.
 
Bundan sonra isə Suriya silahlı qüvvələri şəhidin cənazəsini İran İslam Respublikasının silahlı qüvvələrinə təhvil verib.(iqna)
 

Google+ WhatsApp ok.ru