Şəri-dini suallara cavablar - SUAL 71

Şəri-dini suallara cavablar - SUAL 71

Ata vəfat etdikdən sonra onun qəza namazını böyük oğul qılmalıdır, yoxsa..

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

NAMAZIN HÖKMLƏRİ

SUAL 71: Ata vəfat etdikdən sonra onun qəza namazını böyük oğul qılmalıdır, yoxsa başqası da qıla bilər?

Bütün mərcəi-təqlidlərin rəyi: Atanın qəza namazı (ata vəfat etdikdən sonra) yalnız ailənin böyük oğuluna vacibdir. Amma başqa bir şəxs qılmış olarsa, böyük oğulun boynundan götürülür. Böyük oğul atasının qəza namazını qıldırmaq üçün “əcir” də tuta bilər (başqasına pul verib qıldıra bilər).

Əgər ata öz qəza namazlarını qıldırmaq üçün əcir tutdurmağa dair vəsiyyət edərsə və həmin əcir olan şəxs də həmin namazları qılarsa, atanın qəza namazları böyük oğulun öhdəsindən götürülür.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1394 və 1390; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1390-1393; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1398-1402 və Ayətullah Xameneinin dəftərxanasından sorğu.)

 

Google+ WhatsApp ok.ru