Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı qalmaqal - “Sən terrorçusan” - VİDEO

Ərdoğanın Nyu-Yorkdakı çıxışı zamanı qalmaqal - “Sən terrorçusan” - VİDEO

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən ABŞ-ın Nyu-York ştatında qatıldığı tədbirdə etdiyi çıxışı zamanı qalmaqal baş verib.
 
Çıxış zamanı bir nəfər cavan amerikalı yerindən qalxaraq "Sən terrorçusan, amerikadan rədd ol" deyə qışqırıb. Digəri isə PKK (Kürdüstan İşçi Partiyası)-terror təşkilatının bayrağını qaldırıb. Mühafizəçilər onların hər ikisinin qarşısını alıb və zaldan çıxarıb. Tamaşaçılardan bəziləri mühafizəçilərə, bəziləri isə aksiyaçılara dəstək verib.
 
Aksiyaçılar amerikalı Robert Amos və onun 4 tərəfdarı olub. Amos bildirib ki, kürd yaraqlılarının tərkibində könüllü şəkildə döyüşüb. Onların 5-i də polis tərəfindən saxlanılıb.(islaminsesi) /

Google+ WhatsApp ok.ru