Əncirin 4 şəfalı xüsusiyyəti

Əncirin 4 şəfalı xüsusiyyəti

Bağırsaq hərəkətliliyini artırır
İndiki dövrdə tələsmə səbəbi ilə sağlam olmayan qidalanma vərdişləri və aşağı lif istehlakı qəbizliyə zəmin yaradır. Bir insanın gündəlik 25-30 qram lif qəbul etməsi zəruridir, əncir isə lif tərkibi sayəsində bağırsaq hərəkətliliyini artırır. 1 orta boy əncirdə təxminən 1 qram lif var. Əncirlə birlikdə 1-2 stəkan su içmək, bağırsaq hərəkətliliyini daha da artırmağa fayda verir.
 
İmmuniteti gücləndirir
Xüsusilə yay aylarından payıza keçməklə birlikdə immunitet zəifləyir, əncir istehlakı isə, güclü antioksidant xüsusiyyətilə bədənin müqavimətini gücləndirir. A, E və K kimi bir çox vitamin baxımından zəngin olan əncirin, antioksidant tutumu, xüsusilə tünd rəngli olanlarda çox daha yüksək miqdarda var.
 
Sümükləri qidalandırır
2 ədəd orta boy əncirdə təxminən 1 stəkan süddəki qədər kalsium var. Kalsium və maqnezium tərkibi sayəsində sümükləri qidalandırır. Xüsusilə tünd rəngli əncirlərdə kalsium məzmunu daha yüksəkdir.
 
Ürəyi qoruyur
Əncir qan təzyiqinin tarazlanmasını təmin edən kalium baxımından zəngin bir meyvədir. Müntəzəm olaraq meyvə və tərəvəz istehlak edə bilməyən, işlənmiş qida və ət istehlakı yüksək olan kəslərdə gündəlik natrium istehlakı artır və kalium çatışmazlığı müşahidə olunur. Diabet xəstəliyiniz yoxdursa, gündə müntəzəm olaraq 1 ədəd əncir yeyərək, qan təzyiqinizi tarazlaşdırmaqla ürəyinizi qorumağa dəstək ola bilərsiniz. (deyerler) /
 

Google+ WhatsApp ok.ru