Şəri-dini suallara cavablar - SUAL 74

Şəri-dini suallara cavablar - SUAL 74

Qadın kişidən öndə durub namaz qılarsa, namazı doğrudurmu?

 

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

NAMAZIN HÖKMLƏRİ

SUAL 74: Qadın kişidən öndə durub namaz qılarsa, namazı doğrudurmu?

İmam Xomeyni, Ayətullah Behcət, Ayətullah Safi və Ayətullah Nuri Həmədani: “Qadınların kişilərdən öndə durub namaz qılmasının eybi yoxdur, amma yaxşı olar ki, qadınlar kişilərdən arxada dayansınlar.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 886; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 887-889.)

Ayətullah Təbrizi: “Namaz qılarkən kişi ilə qadın arasında ən azı bir qarış fasilə olmalıdır və bu fasiləyə riayət olunduğu təqdirdə, qadın kişidən öndə durub namaz qılsa da, namazı doğrudur.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 886.)

Ayətullah Xamanei: “Vacib ehtiyata əsasə, namaz qılarkən kişi ilə qadın arasında ən azı bir qarış fasilə olmalıdır və bu fasiləyə riayət olunduğu təqdirdə, qadın kişidən öndə durub namaz qılsa da, namazı doğrudur.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 886; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 374.)

Ayətullah Fazil Lənkərani və Ayətullah Məkarim Şirazi: “Qadın namaz qılarkən mütləq kişidən arxada dayanmalıdır, əks-təqdirdə, qadının namazı batildir. Bu hökmdə məhrəmlə naməhrəm arasında fərq yoxdur.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 886.)

Ayətullah Sistani: “Lazım ehtiyata əsasən, qadın namaz qılarkən kişidən arxada dayanmalıdır və bu hökmdə məhrəmlə naməhrəm arasında fərq yoxdur.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 886.)

Ayətullah Vəhid Xorasani: “Namaz halında kişi ilə qadın arasında ən azı bir qarış fasilə olmalıdır. Bu fasiləyə riayət olunmadığı təqdirdə, qadın kişi ilə bərabər səviyyədə və yaxud öndə durarsa və hər ikisi də eyni vaxtda namaza başlayarsa, həm kişi, həm də qadın namazını yenidən qılmalıdır.”

(“Tozihul-məsail”, məsələ 895-896.)

Google+ WhatsApp ok.ru