Əfqanıstanda polis idarəsinə hücum olub, 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb - VİDEO

Əfqanıstanda polis idarəsinə hücum olub, 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb - VİDEO

Əfqanıstanda terrorçu “Taliban” hərəkatı silahlıları polis idarəsinə hücum ediblər. 
 
Bunu yerli hökumətin nümayəndələri bildiriblər.
 
Paktiya əyalətinin Qardez şəhərinin Polis İdarəsinə edilən hücum nəticəsində 15 nəfər öldürülüb, 40 nəfər yaralanıb.
 
Məlumata görə, Qardez şəhəri Polis İdarəsinin yaxınlığında terrorçuların idarə etdikləri minalanmış iki avtomobil partladılıb. Bundan sonra silahlılar polis idarəsinin binasına girməyə cəhd göstəriblər. Lakin onların hücumunun qarşısı alınıb. (report)

 

Google+ WhatsApp ok.ru