Əsas kapitala pulları kim ayırır?

Əsas kapitala pulları kim ayırır?

-- Bu il investisiya yatırımının 73.1 faizi tikinti-montaj sahəsinə yönləndirilib

 
«Novoye Vremya» qəzetində «Əsas kapitala pulları kim ayırır?» sualına cavab axtarılır.
 
Yazıda əsas kapitala yönəldilən vəsait kontekstində ölkədə iqtisadi durum dəyərləndirilir. Müəllif vurğulayır ki, beynəlxalq institutlar öz rəylərində ölkəyə yatırılan vəsaitlərə böyük önəm verirlər:
 
«Bəzi hallarda onları investisiyanın həcmidən də daha çox onun artması və ya azalması meyli maraqlandırır. Buna uyğun olaraq da ölkənin inkişaf edib-etməməsi barədə nəticə çıxarırlar».
 
Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin 9 ayında əsas kapitala 11090.8 milyon manat həcmində investisiya yatırılıb. Bu, keçən il ilə müqayisədə nominal baxımından 8 faiz çoxdur.
 
Müəllif xatırladır ki, bəhs edilən dövrdə inflyasiya 13.9 faiz təşkil edib. Bu isə reallıqda ölkəyə investisiya yatırımlarının azaldığı anlama gəlir.
 
Yazıda vurğulanıb ki, bu il investisiya yatırımının 73.1 faizi tikinti-montaj sahəsinə yönləndirilib.
 
İnvestisiya yatırımının 67.5 faizi müəssisələrin öz vəsaitləri hesabına təmin edilib. Bu müəssisələrin çoxu bu və ya başqa şəkildə dövlətə bağlıdır.
 
Yazıda həmçinin qeyd edilir ki, banklar əsas kapitala əhəmiyyətli dərəcədə investisiya yönəltməyib. Bu, cəmi 5.2 faiz təşkil edib.
 
Müəllifin gəldiyi nəticəyə görə, bütün bunlar o deməkdir ki, hökumətin ölkəyə xarici investisiya cəlb etmək siyasəti nəticəsiz qalıb.
 
Yazıda vurğulanır ki, ölkənin əsas yükü dövlət büdcəsinin üzərinə düşür.(azaldiq.org) 
 

 

Google+ WhatsApp ok.ru